“Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi həyata keçirildi

    Təhsil İdarəsinin F-66 nömrəli əmrinə əsasən 30 may 2019-cu il tarixdə məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi həyata keçirildi. Ənənəvi olaraq tədbir haqqında elan asıldı və valideynlər məktəbə dəvət olundular.Hər iki növbənin valideynləri dərslərdə oldular və müxtəlif tədbirlərdə iştirak etdilər. Valideynlər müəllimlər otağı,dərs kabinetləri,idman zalı,kitabxana və yeməkxanada olaraq vəziyyətlə tanış oldular.Direktorun iştirakı ilə məktəbin bahçası və ərazisinə baxış keçirildi.“Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş” tədbirlər silsiləsindən növbəti dəyirmi masada iştirak etdilər.Fizika müəllimi Leyla Teyyubovanın “ Alternativ enerji növləri” adlı nümunəvi dərsində iştirak edərək öz övladlarının dərsdəki fəaliğını izlədilər.Məktəb foyesində 6”B” sinifində təhsil alan Məmmədova Nəzrinin “Mənim dünyam” adlı fərdi rəsm sərgisini izlədilər.İdman müəllimlərinin iştirakı ilə nümunəvi dərsə tamaşa etdilər.Sonda məktəbin direktoru Niftiyev Nizami müəllim bir qrup valideynlə görüşərək onları düşündürən sualları cavablandırdı.Həmçinin gün ərzində iki sinifdə valideyn iclasları da təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi