8 Mart – Beynəlxalq Qadınlar Günü

07mart 2016-cı il tarixdə məktəbin akt zalında müəllimələrə həsr olunmuş tədbir keçirildi.Tədiri məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Cəfərova Şükeyna Hüseyn qızının rəhbərliyi ilə 9c sinfinin şagirdləri hazırlamışdılar.Şagirlər tədbirlər planının layihəsini özləri hazırlamış, ailə və məişətdə qadınların əməyinə aid səhnəcik təşkil etmişdilər.Şagirdlərin göstərdikləri səhnəcikdə bu günkü həyatımızdakı mənfiliklər aydınca əks etdirildi və eyni zamanda bu qüsurlardan çıxış yolları göstərildi.Şagirdlərin analara ünvanlanan söz və şeirləri cox gözəl idi. Xüsusən Əli Kərimin “Qaytar ana borcunu” şeri Əzizli Nərminin ifasında daha çox alqışa səbəb oldu.Tədbirin sonunda məktəb direktoru Rövşən Qasımov çıxış edərək müəllimləri 8Mart Beynalxalq Qadınlar günü münasibəti ilə təbrik etdi, onlara işlərində müvəffiyyətlər və can sağlığı arzuladı.Tədbir müəllimlərə ünvanlanan şən mahnı ilə sona yetdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi