Ana Dilim Doğma Dilim

19 fevral 2016-cı il Suraxanı rayonu 280№-li tam orta məktəbdə 21 fevral Beynalxalq Ana dili gününə həsr olunmuş “Ana dilim” “Doğma dilim” adlı tədbir keçirildi.Təbdiri məktəbin ibtidai sinif müəllimi Şahverdiyeva Rəfiqə hazırlamışdı.Tədbirdə 7d,3z,3e sinif şagirdləri , müəllimlər və məktəb müdiriyyəti iştirak etmişdir. Tədbir “Ana dilimizi sevək və sevdirək” mahnısı ilə başlanmışdır. Tədbirdə Xəlil Rza Ulurürkün , Tofiq Bayramın , Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin Ana dilinə həsr olunmuş şeirlər söylənildi. Şagirdlər Səməd Vurğunun Vaqif dramından , Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsərindən səhnəciklər göstərdilər.Ana dilinə aid şerlər söylənəndə həmin şairlərin şəkilləri slaytlarda əks olundu.Sonda Bəxtiyar Vahabzadənin 3z sinif şagirdi “Ana dili” şeiri Rəhmanova Hilda tərəfindən söylənildi.”Azərbaycan “mahnısı ilə tədbir yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi