280№-li məktəbin birincilərin gözü ilə Xocalı

22.02.2016-cı il saat 11 -00 da 280 №-li tam orta məktəbin ak zalında 1-ci sinif şagirdlərinin iştirakı ilə "Xocalını unutmadıq və unutdurmarıq"adlı tədbir keçirilib.24 il bundan əvvəl Xocalıda insanların başına gətirilən müsibətlər birincilərin iştirakı ilə səhnələşdirilib. Bundan başqa şeirlər söylənildi.Xocalı dəhşəti birincilərin əl işlərində də öz əksini tapmışdır.Həmin fotolardan ibarət slayd da nümayiş olundu. Uşaqların ifasında xorla igid əsgər mahnısı oxundu. Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov Xocalıda baş verən hadisələri bir daha xatırlatdı.Orada şəhid olanlara rəhmət,itkin düşənlərin,əsr düşənlərin ailələrinə səbr dilədi.Bununlada Xocalının 24-cü il dönümünə həsr edilmiş tədbir başa çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi