Küri "boyunbağı" adlı fizika fənni üzrə bilik yarışında şagirdlərimizin uğuru

Suraxanı Rayon Gənclər və İdman İdarəsi və Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 07.02.2019-cu il tarixində rayon gəncləri arasında keçirilmiş Küri "boyunbağı" adlı fizika fənni üzrə bilik yarışında iştirak edən bir qrup gənc Suraxanı Rayon İcra Hakmiyyətinin dəstəyi ilə təşkil edilmiş ekskursiyada iştirak etmişdir.
Ekskursiya öncəsi gənclər Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırovla görüşmüş , səmimi söhbət etmiş, sual və təkliflərini ünvanlamışlar.
Daha sonra Bakı Mühəndislik Universitetinə təşkil edilmiş ekskusiya zamanı gənclər, universitetin əməkdaşı Ceyhun Vəliyevin rəhbərliyi altında mexanika,elektrik, İKT, kimya, biologiya laboratoriyalarına, universitet ərazisində yerləşən Texno Parkada yerləşən bəzi yerli və xarici şirkətin universitet nəzdində fəaliyyətdə olan laboratoriyalarını gəzərək bir çox fiziki təcrübələrin aparılma prosesi ilə tanış olmuş , maraqlı təcrübələr əldə etmişlər.
Daha sonra müsabiqə nəticəsində A.Fatimə 3-cü yerə görə diplomla, İ.İsmayıl isə 6-cı yerə görə  fəxri fərmanla
Suaraxanı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Zülfiyyə Mustafayeva, Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin böyük elmi işçisi Zəkiyyə Hacıyeva, Bakı Mühəndislik Universitetinin nümayəndəsi Ceyhun Vəliyevin təqdimatında təltif olunmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi