Məktəbimizin kitabxanasında "Ailə klubu" yaradıldı

    Mütaliə bacarıqları və qiraət mədəniyyətinin artırılması,gənc nəslin intellektual səviyyəsinin yüksəldilməsi məqsədilə məktəbimizdə "Ailə klubu" yaradıldı.Oxucular və ədəbiyyat sevərlər ailəliklə kitabxanaya üzv yazılmaq mütamadi bədii ədəbiyyatı müzakirə etmək məqsədilə belə bir klub yaratdılar. Kitabxana müdiri Məhəmmədova Məlahət xanım ,ədəbiyyat müəllimləri,şagird və valideynlər kluba üzv yazıldılar.Cədvəl tutularaq hər ay bir bədii əsərin müzakirə olunması nəzərdə tutuldu.Hədiyyə kitablarda bir yeni guşə yaradıldı.İstəyən oxucular burdan yararlanaraq daha çox kitab mütaliə edə biləcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi