“Yol hərəkəti qaydaları” haqqında maarifləndirici tədbir

16 yanvar 2019-cu il tarixdə M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin 4“E” sinif şagirdləri tərəfindən “Yol hərəkəti qaydaları” haqqında maarifləndirici tədbir təşkil olundu. Tədbirdə müəllimlər,valideynlər iştirak etdilər.Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərin təhlükəsiz davranış qaydalarını öyrətmək,eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi.Tədbirdə şagirdlər yol hərəkəti qaydaları ilə bağlı səhnəciklər nümayiş etdirdilər.Şeirlər,mahnılar söylədilər. Səhnə yol hərəkəti qaydalarına dair plakatlar,stendlər və yol nişanları ilə bəzədilmişdir.Tədbirin sonunda məktəbin direktoru Nizami müəllim tədbirdə iştirak edənləri və əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi