Məktəbimizdə “Mənim Ana dilim mənim kimliyim” mövzusunda ədəbi-bədii tədbir keçirildi

26 dekabr 2018-ci il tarixdə məktəbin akt zalında “Mənim Ana dilim mənim kimliyim” mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir.Tədbiri məktəbin Azərbaycan dili müəllimləri Cəfərova Şükeyna,Nəsibova Oysandıx,Mehdiyeva Püstəxanım,Tağıyeva Ətlas təşkil etmişdilər.Himn səsləndikdən sonra Bəxtiyar Vahibzadənin mənim ana dilim şeiri Bəxtiyarın öz ifasında səsləndirildi Heydər Əliyevin Azərbaycan dili haqqında ictimaiyyət qarşısında ki,çıxışı video ilə göstərildi. Tədbir ana laylasının sədaları altında şagirdlərin ana dili haqqında söylədiyi şeirlərlə başladı.Şagirdlərin ifasında S.Vurğunun “Vaqif” dramından Vaqiflə Ağa Məhəmməd Şah Qacarın deyişməsi,C.Məmmədquluzadənin “Bizim obrazovannılar” heykayəsinin səhnələşdirilmiş forması təqdim edildi. Anadilinə aid müxtəlif mahnılar səsləndirildi.Tədbir şagirdlərin ifasında “Ana dilimizi sevək,sevindirək” mahnısı ilə sona yetdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi