11"A"sinfində “Təmiz su sağlamlığın təməlidir” mövzusunda nümunəvi dərs keçirildi

    24.12.2018-ci il tarixdə Azərbaycan dili və ədəbiyyat müəllimi M.Billurun  11"A "sinfində “Təmiz su sağlamlığın təməlidir” mövzusunda nümunəvi dərsi oldu. Dərsin dinlənilməsində məktəbin direktoru N.Nizami,TTİüzrə d\m Ə.Nəbi, C.Elmira və digər fənn müəlliməri: R.İmamə,Q.Rəhilə,C.Könül, Q.Fərqanə, S.Samirə,A.Tahirə,Y.Şəfəq iştirak etmişdilər.Dərsin gedişatı zamanı coğrafiya,kimya ,biologiya fənlərinə də inteqrasiya edilmiş,qədim “Kövsəc” mərasimi ilə bağlı açıqlamalar edilmiş,maraqlı səhnəcik qurulmuşdu.Şifahi xalq ədəbiyyatımızda su ilə bağlı inanclarımızın olduğu vurğulanmış və atalar sözlərindən nümunələr söylənilmişdir. Təmiz su ilə bağlı son dövrlər dünyada yaşanan problemlər,insan orqanizminə suyun müsbət və mənfi təsirləri ilə bağlı məsələlər müzakirə edilmişdir.Sonda isə şagirdlərin Hövsan qəsəbəsində yerləşən su hövzələri və dəniz suyunun çirkənməsi ilə bağlı müstəqil işləyib hazırladıqları video çəkilişlər izlənilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi