Məktəbimizdə keçirilən açıq dərslər

Məktəbimizdə 2016- cı il yanvar ayından başlayaraq üç təhsil pilləsi üzrə(ibtidai, ümumi orta, tam orta) açıq dərslər start götürmüşdür.Müxtəlif siniflərdə müxtəlif fənnlərdən müəllimlər interaktiv löhvə əsasında fəal təlim metodlarına əsaslanan dərsləri təşkil edirlər. Hər bir dərs məktəb direktoru, direktor müavinləri və bir qrup fənn müəllimləri tərəfindən dinlənilir və müzakirə olunur.14 yanvar tarixində 7c sinif rəhbəri Qurbanova Rahilə Coğrafiya fənn üzrə “Küləklərin yayılması” mövzusunda açıq dərs təşkil etdi.15 yanvar tarixində 10d sinif rəhbəri Əliyeva Səba Cəbr və analizin başlanğıcı fənn üzrə “Mürəkkəb triqonometrik bərabərsizliklərin həlli” mövzusunda açıq dərs təşkil etdi.18 yanvar tarixində 8c sinif rəhbəri Ələsgərova İradə 20 Yanvar faciəsinə aid “Şəhidlər unudulmur” mövzusunda açıq dərs təşkil etdi. Azərbaycan dili və Ədəbiyyat müəllimi Mehdiyeva Püstəxanım 18 yanvar tarixində 8d sinifində “Tarixin şanlı səhifəsi” mövzusunda açıq dərs təşkil etdi.22 yanvar tarixində 4a sinif rəhbəri Əskərova Pəri “Uzunluq vahidləri” mövzusunda açıq dərs təşkil etdi. 4fevral tarixində 3z sinif rəhbəri Ağayeva Sevinc “Uzunluğun ölçülməsi” mövzusunda açıq dərs təşkil etdi.8 fevral tarixində 7b sinif rəhbəri Səlimova Samirə Riyaziyyat fənn üzrə “İki ifadənin kvadratlarının fərqi” mövzusunda açıq dərs təşkil etdi. 9fevral tarixində 3a sinif rəhbəri Allahverdiyeva Zahirə Ana dilində “Müdrik rəhbər” mövzusunda açıq dərs təşkil etdi. 19 fevral tarixdə 2k sinif rəhbəri Babayeva Göyçək “Bitkilər və heyvanlar” mövzusunda açıq dərs təşkil etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi