M.Ə.Rəsulzadənin doğum gününə həsr olunmuş “Xəmsə” bilik yarışı

17 fevral 2015-ci ildə tarix müəllimlərinin rəhbərliyi ilə "Xəmsə” bilik yarışı keçirildi. Yarışda beş IX sinif iştirak edirdi. Tədbir müəyyən ssenari əsasında qurulmuşdu. I hissədə M.Ə.Rəsulzadənin həyat və yaradıcılığı haqqında şagirdlərin çıxışı oldu. Tədbirin II hissəsində siniflərin yarışı keçirildi. Yarış üç mərhələdə keçdi: I turda hər sinfə Azərbaycan tarixinə aid münsiflər heyəti tərəfindən beş sual verildi .II turda hər bir sinif özündən sonrakı dörd rəqib sinfin hər birinə iki sual verdi.III turda tarix müəllimi Bayramova Rəvanə hər qrupa bir sual verir.Qalib gələn qruplar I,II,III yerə görə qiymətləndirilir.Hər turun arasında fasilələrlə xalqımızın qəhrəmanlıq keçmişini əks etdirən mahnılar səsləndirilir. Tədbiri təşkil edən tarix müəllimi Cəbrayılova Nuriyyə Rəhman qızı məktəb müdriyyəti tərəfindən fəxri fərmanla təltif olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi