Nizami Gəncəvinin “Sirlər xəzinəsi” əsəri üzrə oxucu konfransı

24 fevral 2015-ci il tarixdə 280№-li tam orta məktəbin akt zalında oxucu konfransı keçirildi. Konfransı giriş sözü ilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Şükeyna Hüseyn qızı açdı. Konfransın əsas mövzusu N.Gəncəvinin “Sirlər xəzinəsi” poeması və bu poemada qaldırılan əsas problemlər, problemlərin həll olunmasında şairin bir vətən övladı kimi fikri, onun ortaya atdığı ümumbəşəri ideyaların bu gün də dövrlə səsləşməsi idi. Konfransda şagirdlərin milli geyimdə oynadıqları səhnəciklər : “ Zalım padşahla zahidin dastanı ”, “ Nuşirəvan və bayquşların söhbəti ”, “ Sultan səncər və qarı ”, “ Şah və xidmətçi ”, “ Kərpickəsən kişinin dastanı ” gələn qonaqların xoşuna gəldi. Bundan başqa Muradlı Amal şair Nizaminin obrazını çox gözəl yaratdı. Ərzincan hakimi Fəxrəddin Bəhram şaha söylədiyi xitabı canlı yaratması insanları sanki sehirlədi.Konfransı yekun nitqi ilə məktəbin direktoru Ağcayev Nizaməddin bağlı elan etdi . Konfransda fərqlənən şagirdlər məktəb müdriyyəti tərəfindən fəxri fərmanla təltif edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi