Məktəbimizdə “Yeniyetmələrin yaş dövrü” mövzusunda seminar keçirildi

Oktyabrın 26-sı 2018-ci il tarixdə “Yeniyetmələrin yaş dövrü” mövzusunda 8A sinif şagirdlərin iştirakı ilə maarifləndirici seminar keçirilmişdir.Seminarı məktəbin psixoloqu Aygün Məhərrəmova təşkil etmişdir.Seminarın məqsədi yeniyetmələrin öz yaş dövrləri haqqında maarifləndirilməsi və valideynlərin bu yaş dövründə övladları ilə necə davranmaqları haqqında geniş söhbət açmaq idi.Seminarda slayd və plaktlar nümayiş etdirildi.Qonaq qismində iştirak edən Xudat şəhəri Şaqlışlaq kənd tam orta məktəbin 5-ci sinif şagirdi Mustafayev Rinad Şakir oğlu mövzu haqqında gözəl çıxış etdi. Sonda söz məktəbin direktoru Nizami müəllimə verildi.Nizami müəllim öz çıxışında bu seminarı təşkil edən psixoloq Aygün xanıma təşəkkürünü bildirdi.İnanırıq ki,bu seminardan həm şagirdlər,həm də valideynlər maariflənə bildilər və yeniytmələrin həyatında baş verən dəyişikliklərlə bağlı geniş informasiya əldə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi