“İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” müsabqəsində şagirdlərimizin uğuru

    13-14 oktyabr 2018-ci il tarixində İsmayıllı rayonunun Talıstan kəndində Azərbaycan Respublikası Təhsil Nazirliyinin inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində İsrail Həsənov adına İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbin nəzdində tarix müəllimi Təranə Yusifovanın rəhbərliyi ilə yaradılan məktəblilərin Girdiman bələdçisi klubunun “İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda iki günlük seminar keçirilmişdir.Məktəblilər müsabiqəyə təqdim etdikləri rəsm və əl işləri sərgiləndi. Onların hazırladığı videoçarxlar izlənildi.Bu tədbirdə bizim məktəbin 1 "C" sinif şagirdi Nəsirli Elay Elçin qızı rəsm müsabiqəsində və 2 "D" sinif şagirdi Nəsirli Rəşid Elçin oğlu videoçarx müsabiqəsində iştirak edərək sertifikatla təltif olunmuşdurlar.Məktəbimizin direktoru Nizami müəllim şagirdlərə bütün sahələrdə və dərslərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi