20 Yanvar Faciəsi

18 Yanvar 2016-cı il tarixdə 20 Yanvar faciəsinin 26 cı il dönümü ilə əlaqədar 5a və 5b sinif şagirdlərinin iştirakı ilə məktəbin akt zalında tədbir keçirildi. 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən şəkillər,slayd şoular, video görüntülər nümayiş etdirildi. Sonda məktəbimizin direktoru çıxışında bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan etmədən , dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların hərbi birləşmələri Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi