20 Yanvar - Qan Yaddaşımız

18 yanvar 2016-cı il tarixdə məktəbimizdə “20Yanvar faciəsinə”həsr olunmuş müxtəlif siniflərdə tədbirlər keçirildi. 3a sinif rəhbəri olan Allahverdiyeva Zahirə Mürşüd qızı öz şagirdləri ilə tədbir hazırlamışdı. Tədbirdə himn səslənildi, sonra isə şəhidlərin ruhu bir dəqqiqəlik sükutla yadd edildi.Şagirdlər 20 Yanvar haqqında şeirlər,bayatılar və qısa səhnəciklər nümayış etdirdilər.Sonda isə məktəbin direktoru Rövşən Qasımova söz verildi. Direktor öz çıxışında bildirdi ki, o dəhşətli gecədən 26 il keçməsinə baxmayaraq xalqımız 20Yanvar faciəsinin ağrılarını hələ də unutmayıb.Belə bir tədbirlərin keçirilməsinə əsas məqsədimiz şagirdlərə Milli Azdlığımızın əsasını qoyan,müstəqiliyimizi əbədi olaraq şanlı tariximizə həkk edən şəhidləri unutmamağa və qəlblərdə yaşatmağa səsləməkdir.Şəhidlərin ruhu heç vaxt yerdə qalmayacaq.Bu gün bizim ordumuzun gücü ondan xəbər verir ki, Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin hər hansı bir döyüş əmri bizim qısa bir müddət ərzində torpağlarımızı düşməndən azad etməsinə səbəb olacaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi