20 Yanvar - Qanlı Yanvar

15 yanvar 2016-ci il tarixdə məktəbimizdə “Qanlı 20 Yanvar”adlı tədbir keçirildi.Tədbiri 3ç və 3k sinif rəhbərləri Yunusova Rəna və Şabanova Kəmalə təşkil etmişdilər. 1990-cı il Yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən övladları həmin müdhiş gecədə canlarından keçərək, şəhidlər zirvəsinə ucalmışlar.Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğında 26 – il keçir.26 il keçməsinə baxmayaraq xalqımız o müdhiş günlərin ağrı- acısını unutmur,öz vətəndaşlarına divan tutan Sovet İmperiyasının o vaxtki rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi