Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadasında şagirdlərimizin uğurları

    19.05.2018- ci il tarixdə Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “STEM plyus” bilik olimpiadası keçirilib. STEM science (elm), technology (texnologiya),engineering (mühəndislik), math (riyaziyyat) sözlərinin baş hərflərinin birləşməsindən düzəlmişdir. STEM şagirdlərin məktəbdə texniki fənlərdən öyrəndiklərini texnologiya və mühəndisliklə birləşdirib gündəlik həyatda tətbiqetməsidir. Yarışın sualları texniki sahə və dünya görüşü ilə əlaqəli olduğu üçün yarışmaya “STEM Plus” adlandırılıb.Əvvəlcə şagirdlərə universitet barədə məlumat verilib.Daha sonra isə 6 saat davam edən qələbəyə doğru aparan yarış başlandı.Məktəbimizin10a sinif şagirdləri:A.Fatimə,A.Şəhanə,İ.İsmayıl,K.Rəkam,M.Ləman və onların sinif rəhbəri Azərbaycan dili və ədəbiyyat müəllimi M.Billur təmsil edirdi.Yarış, əsasən riyaziyyat,kimya,fizika,biologiya fənləri üzrə hazırlanmış suallar əsasında aparıldı.Bütün yarış boyu tez və düzgün cavabları ilə növbəti mərhələlərə keçid alaraq,nəhayət, final mərhələsində də qalib gələrək I yeri tutdular.Sonda komanda üzvləri mükafatlar və diplomlarla təltif olundular.Digər II və III yer tutmuş komandalarla xatirə şəkli çəkildi.Növbəti dərs günü məktəbin direktoru Nizami müəllim qalib gəlmiş şagirdləri bütün məktəb kollektivi və şagirdləri qarşısında təbrik edib, onlara gələcəkdə də uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi