VIIç sinfində "Qiraətlə bağlı tədbir"

17.05.2018-ci il tarixdə məktəbimizdə VIIç sinfində “Qiraətlə bağlı tədbir”keçirildi.Tədbirdə S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsindən “Nurəddin” hekayəsi müzakirə edildi.Şagirdlərin ifasında kiçik səhnəciklər nümayiş etdirildi. S.S.Axundovun həyat və yaradıcılıq yolu izlənildi,slaydlar nümayiş etdirildi.Əsərin əsas ideyası “Yaxşılığa yaxşılı  hər kişinin işidir,Yamalığa yaxşılıq hər  kişinin işidir” olduğu üçün şagirdlər yaxşılıq  haqqında atalar sözləri,aforizmlər,müdrik kəlamlar söylədilər.Sonra isə Fidan Orucovanın saz ifasının müşayiəti altında şagirdlər yaxşılıq,xeyir xahlıq haqqında şeirlər söylədilər.Sonra isə əsər S.S.Axundovun “Qaraca qız”əsəri ilə müqayisə olundu,”Qaraca qız” filimindən fraqmentlər izlənildi. Sonda isə tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat müəllimi Məsmə Abdullayeva çıxış etdi. Tədbirdə məktəbin direktoru N.Niftiyev,dərs hissə müdiri R.Ağcayeva,Ş.Abdullayeva və sinif rəhbəri K.Cəfərova bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi