Şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması mövzusunda tədbir

30 aprel 2018- ci il tarixində 280 nömrəli tam orta məktəbinin kitabxanasında Azərbaycan dili və ədəbiyyat müəllimi Aslanova Gülnisə Zeynal qızının rəhbərliyi ilə Bədii Qiraət Günü keçirildi. Tədbirdə məktəbin direktoru Niftiyev Nizami,dərs hissə müdiri Ağcayeva Rahilə,Əsədov Nəbi,tərbiyə işləri üzrə drektor müavini Abdullayeva Şəhla,kitabxana müdiri Məhəmmədova Məlahət,kitabxanaçı Abbasova Rəna və müəllimlər iştirak etdi.VII,VIII,IX sinif şagirdlərinin iştirakı ilə keçirilən Bədii Qiraət Günündə vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi və hekayələr oxundu.Oxucuların diqqətini şeirin söyləməsində intonasiyanın gözlənilməsinə,məntiqi vurğunun düzgün işlədilməsinə,sözlərin yazılış formasında yox,deyiliş formasında səsləndirilməsinə müəllimə diqqətlərinə çatdırdı.Hekayənin oxunuşunda isə şagirdlər müəlifin sözlərini təhkiyə formasında,dialoqların deyilişində səs tonlarını hər surətin öz dilində və yaşlarında oxumalarını tövsiyə etdi.Tədbir maraqlı və düşündürücü keçdi.M.Qorki demişdir: “ Məndə olan yaxşı cəhətlərə görə kitablara minnətdaram”.Bəli,bizdə olan yaxşı cəhətlər üçün kitablara borcluyuq.Biz mədəniyyəti,incəliyi,vətənpərvərliyi,dostluqda sədaqətli olmağı,doğruluğu,həyatda necə hərəkət etməyi elmi biliklərə yiyələnməyi və s. kitablardan öyrənirik.Kitabları sevin,onları qoruyun və həvəslə oxuyun söylədi müəllimə.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi