31 Mart Soyqırımı xalqımızın qan yaddaşı günüdür

02 aprel 2018-ci il tarixində M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin akt zalında “31 Mart Soyqırımı xalqımızın qan yaddaşı günüdür” mövzusunda tədbir keçirildi.Tədbiri məktəbin tarix müəllimi Cəbrayılova Nuriyyə sinif rəhbəri olduğu VIa və Vd sinif şagirdlərinin iştirakı ilə hazırlanmışdı.Tədbirdə erməni daşnaqlarının ötən əsrin əvvələrindən bu günə qədər olan vəhşiliklərindən və tarix boyu Azərbaycanın başına gətirilən müsibətlərdən söz açdı. Şagirdlər vətənə,əyilməzliyə aid düşmənə nifrətdən doğulmuş şeirlər söylədilər.Şagirdlərin soyqırıma,ermənilərin vəhşiliklərinə və yersiz torpaq iddiasında olmalarına aid şagirdlərin ifasında səhnəciklər də maraqlı oldu.Tədbirdə vətənə,xocalıya,əyilməzliyə,vətən çağrısına aid mahnılar səsləndi.Tədbirin sonunda məktəb direktoru çıxış etdi və Mart soyqırımının acı nəticələrindən danışdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi