IVC sinif rəbəri öz şagirdləri ilə birlikdə Yel çərşənbəsində N saylı hərbi hissədə

M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin ibtidai sinif rəhbəri Nəzərli Gülşad müəllimə öz 4C sinfi ilə birlikdə “Yel çərşənbəsində” N saylı hərbi hissədə oldular.Şagirdlər əsgərləri bayram xonçaları və hazırladıqları mahnılar ,şeirlər,səhnəciklər ilə təbrik etdilər.Novruz bayramının atributları olan Kosa və Keçəl məzəli hərəkətləri ilə seçildilər.Şagirdlər əsgərlərin kitabxanası,akt zalı,istirahət otağı,yeməkxana,yataqları ilə tanış oldular.H.Əliyev muzeyi ilə də tanış oldular və qısametrajlı filmə baxdılar.Şagirdlər silahların sökülüb- yıqılmasına və hərbi gəmiyə çox maraqla baxdılar. Hərbiçilər ilə xatirə şəkli çəkdirdilər,xoş təəssüratla hərbi hissədən ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi