8"B" sinfində Anri Matis:Rəngkarlıqda dekorativlik,forma və rəng mövzusunda nümunəvi dərs

M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbin təsviri incəsənət müəllimi Musayeva Sevil 8b sinfində Anri Matis: Rəngkarlıqda dekorativlik, forma və rəng mövzusunda  nümunəvi dərs keçirdi.Dərsdə plakat və dekupaj işlərindən  ibarət əyani vəsaitlər,elektron löhvələrdən istifadə,slaydlar və fransız musiqi sədaları altında qalareya gəzintisi və Xancanova Əsranın rəqs etməsi,qrupların və cütlüklərin rəqsə dəstək verməsi maraqla qarşılandı.Nəzərli Nəzrin tərəfindən Anri Matisin “Rəqs”əsəri vido görüntüdə geniş və maraqlı təhlil olundu. Üç ünsürün od,torpaq və havanın əsərdə görüntüsü və rəqs edən beşliyin şərqdən qərbə,günəşin yer kürəsinin ətrafına dövr etməsi açıqlanır.Şagirdlər fəal iştirak etdilər. Numunəvi dərs çox maraqlı və əyləncəli keçdi.Müdiriyyət tərəfindən çox bəyənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi