General Səməd bəy Mehmandarovun 160 illik yubileyi.

Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Ordu Generalı Səməd bəy Mehmandarovun 160 illiyi ölkəmizin hər yerində dövlət səviyyəsində bayram kimi qeyd edilir.Bu sərəncama cavab olaraq bu gün,yəni 18 oktyabr 2015-ci il tarixdə Azərbaycanın ilk Milli Ordusunu yaradan,Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri, Artilleriya Generalı Səməd bəy Mehmandarovun 160 illiyi ilə əlaqədar olaraq M.Mehdiyev adına 280№ -li tam orta məktəbin akt zalında təntənəli tədbir keçirildi. Tədbir Səməd bəy Mehmandarovun şəkli qoyulmuş xatirə stolunun önünə əsgərlərin müşayiəti ilə əklil qoyuldu. Sonra hərbi marşın sədaları altında üçrəngli milli bayrağımız səhnəyə çıxarıldı. Himn çalınandan sonra gələn qonaqları şagirdlərlə tanış etmək və tədbiri açıq elan etmək üçün söz məktəbin direktoru Rövşən Qasımova verildi. Tədbirdə Respublikanın əməkdər artisti ,Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universtitetinin professoru Ağalar Bayramov , Suraxanı rayonu Əllilər Cəmiyyətinin və Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İdarəsinin əməkdaşları ,270 , 76, 281, 118, 40 № -li tam orta məktəbin direktorları iştirak etdilər.Direktor tədbiri açıq elan etdikdən sonra şagirdlər ordu generalının həyat tarixçəsini qonaqlara və şagirdlərə özləri tərtib etdikləri səhnəciklərlə və onun haqqındakı xoş sözlərlə çatdırdılar.Şagirdlər vətən, vətəndaş, vətənpərvərlik haqqında şeirlər söylədilər.Səməd bəy Mehmandarovun döyüş yolu, bu yolda göstərdiyi qəhrəmanlıqları aldığı medallardan söhbət açıldı.Rus - Yapon müharibəsi zamanı fədakarlıqla döyüşməsi 1908-ci ildə artilleriya generalı olması vurğulandı. Ordu quruculuğundan onun dostu Əliağa Şıxlinski ilə birlikdə Azərbaycan Cümhuriyyəti dövründəki xidmətindən söz acıldı.Onun Erməni yaraqlılarına qarşı mübarizəsindən,erməni ordusunu darmadağın etməsindən danışdılar. X sinif şagirdi Qurbanov Fərhadın Mehmandarovun rolunun ifa etməsi daha ürək açan oldu.! Tədbir boyu şagirdlərin oxuduğu “Hər kəs yurd əmanəti,ocaq əmanəti”,” Çağırır vətən qisas almağa”,”Bir ovuc kül, bir ovuc yurd torpağı”,Cənab Leytenant mahnılarını oxudular.Respublikanın əməkdar artisti Ağalar Bayramov tədbirin yüksək səviyyədə keçdiyini vurğulayarq öz təşəkkürünü bildirdi və “Azərbaycan bayrağı”şeirini musiqi sədaları altında ifa etdi. Məktəbin direktoru Rövşən Qasımov tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi və çıxışda ölməz qəhrəman General Mehmandarovun Azərbaycanın müstəqilliyi illərində ordu quruculuğunda gördüyü işlərdən danışdı. Eyni zamanda bildirdi ki, hal-hazırkı ordumuz daha güclü, daha əzəmətlidir.Hal-hazırda ordumuzun inkişafı Alı Baş Komandan Cənab İlham Əliyevin ordu quruculuğunda apardığı uğurlu işin nəticəsidir. Elə bu tədbirin də keçirilməsinin səbəbi Azərbaycan Respublikası Prezidentinin bilik günü 148 № -litam orta məktəbdə olarkən, məktəblərdə hərbi-vətənpərvərlik işlərinin fənn müəllimləri tərəfindən daha mükəmməl aparılmasına dair bir tapşırığı idi. Sonda məktəbimizin direktoru R.Qasımov tədbirin təşkilatçısı Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Şamama müəlliməyə öz təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi