2017/2018-ci tədris ilinin I yarımilin yekunu ilə bağlı Pedaqoji Şura keçirildi

 

30.01.2018-ci il tarixdə M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə 2017/2018-ci tədris ilinin I yarımilin yekunu ilə bağlı Pedaqoji Şura keçirildi. Pedaqoji Şurada məktəbin müəllim kontingenti tam heyəti ilə iştirak etdi. 2017/2018-ci tədris ilinin “Tədrisdə kefiyyət ili” elan edilməsi ilə əlaqədar məktəbdə görülmüş işlərin hesabatı verildi.Məktəbin d/m –i Ağcayeva Rahilə,Əsədov Nəbi,Rüstəmova Aybəniz,Tərbiyə işləri üzrə d/m Abdullayeva Şəhla hesabat verərək sentyabr-yanvar aylarında gördükləri işlərdən danışdılar.Metod birləşmə rəhbərləri və sinif rəhbərləri öz hesabatlarında məktəbdə gördükləri işləri, naliyyətləri və çatışmazlıqları nəzərə çatdırdılar.Yekun sözü ilə məktəbin direktoru Nizami Niftiyev çıxış etdi və müəllimlərə 2017/2018 tədris ilinin II yarımilində müvəffəqiyyətlər arzuladı və tövsiyyələrini bildirdi.Həmçinin məktəbin içtimai həyatında fəal iştirakına görə bir qrup müəllim fəxri fərmanlarla mükafatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi