X-XI sinif şagirdləri və valideynləri ilə görüş.

25.01.2018-ci il tarixdə 280 nömrəli tam orta məktəbdə X-XI sinif şagirdləri və onların valideynləri ilə görüş təşkil edildi. Görüşə Suraxanı RPİ-nin 30-cu YYT –nin işləri üzrə inspektoru polis kapitanı Elvin Quliyev dəvət edilmişdir.Görüşün məqsədi yuxarı sinif şagirdləri arasında dərsə davmiyyət və məktəbdən yayınma hallarının qarşısının alınması idi. Polis kapitanı çıxış edərək müxtəlif reydlər nəticəsində məktəb şagirdlərin dərs vaxtı dərsdən yayınma hallarının aşkar olunduğunu vurğuladı və belə halların qarşısını almaq məqsədi ilə məktəblərdə maarifləndirici məqsədilə söhbətlər aparıldığını dedi.Valideynlər onları maraqlandıran suallarla məktəb müdiriyyətinə və qonağa müraciət etdilər.Görüşün sonunda məktəbin direktoru Nizami Niftiyev çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi