Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü

10-11 dekabr 2015 - ci tarixlərdə 280 №-li tam orta məktəbdə Ulu öndər , dahi rəhbər, ümummilli lider Heydər Əliyevin büstü önündə ölümünün 12-ci il dönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin bir qrup şagird və müəllimləri iştirak edirdi. ”Nə qədər ki, müstəqil Azərbacan dövləti var, Azərbaycan xalqı var, Ümummilli lider Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Heydər Əliyev nəinki Azərbaycan xalqının, həmçinin bütün Türk dünyasının yetirdiyi nadir şəxsiyyətlərdən biridir. Belə şəxsiyyətləri tarix yüz ildə, iki yüz ildə bir yetirir. Heydər Əliyevin ruhu qarşısında sükut elan edildi və Allahdan ona rəhmət diləndi. Sonra məktəbimizin direktoru Rövşən Qasımov çıxış edərək H.Əliyev haqqında və onun 34 illik hakimiyyəti dövründə gördükləri işləri bir daha müəllim və şagirdlərin nəzərinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi