“Narkomaniyaya yox deyək” adlı böyük tədbir

9 dekabr 2017-ci il tarixdə M.Mehdiyev adına 280 nömrəli tam orta məktəbdə “Narkomaniyaya yox deyək” adlı böyük tədbir keçirildi.Tədbiri məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məmmədova Billur və 10A sinfi hazırlamışdır. Tədbirdə Suraxanı rayonun Hövsan qəsəbəsi  RPİ-30-cu PB-nin Rəisi,Polis mayoru Elnur Əliyev, Suraxnı rayonun 154 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ,Dənizçilik Akademiyasının tələbəsi Ələskərova Turan və bir sıra başqa qonaqlar iştirak etdilər.Tədbir 1 dekabr QİÇS-lə mübarizə tədbirləri silsiləsi ilə bağlı keçirildi.Tədbirdə şagirdlərin ifasında səhnəciklər maarifləndirici materiallar,mahnılar və möhtəşəm flaşmob göstərildi.Sonda məktəbin direktoru Nizami Niftiyev uşaqlar qarşısında çıxış edərək minnətdarlığını bildirdi və belə tədbirlərin yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsinə nə qədər müsbət təsir göstərdiyini bir daha vurğuladı.

Daha sonra qonaqlar məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyada qonaq oldular Akademiyanın üzviləri ilə tanış oldular və hər birinin fəaliyyət sahələri ilə ətraflı məlumatlandılar.

 Həmçinin məktəbin pilot layihəsi olan 3(üç) yaşlı uşaqlara hazırlıqla bağlı qrupun müəllimi Şükurova Vəfa qonaqlara fidanlarını təqdim etdi.Uşaqların hazırlıq şəariti və vəziyyəti ilə tanışllıq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi