Məktəbimizdə "Bayraq and yerimizdir" adlı tədbir keçirildi

07 noyabr 2017-ci il tarixdə 9 noyabr “Bayraq gününə” həsr olunmuş təntənəli tədbir keçirilmişdi. Tədbirdə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfiyeva Şamamanın hazırladığı senari əsasında musiqi müəllimi Abdullayeva Vəfa müəllimi ilə birlikdə təşkil etmişlər. Uzeyir Hacıbəylinin bəstələdiyi “Cəngi”sədaları altında milli bayrağımızın səhnəyə gətirilməsi ilə başladı. Himnimiz səsləndi, məktəbin direktoru tədbiri açıq elan etdi. Tədbirdə bayrağın hələ birinci minillikdə Mahmud Kaşğarlının “Divani- Lüğəti-türk” əsərində “Bayraq” adlandırılması,sonra Türk dünyasında eyni anlamı verən “Sancaq sözü” olması qeyd olundu. Bayrağımızın tarixi,döyüşə-döyüşə ,ağır sınaqlardan keçib bu günümüzə alnı açıq,üzü ağ, zəfər qalibiyyətlə gəlib çatması qeyd olundu. Bayrağa aid ən gözəl şeirlər söylənildi,mahnılar oxundu.Gələcəkdə bu bayrağımızın itirilmiş ərazilərə sancılacağına ümid ifadə edən çıxışlar oldu. Tədbir məktəb direktou Nizami Niftiyevin böyük vətənpərvərlik nümayış etdirən şagirdlərə öz təşəkkürünü bildirilməsi ilə sona yetdi. Sonda Ayşənin ifasında Müslüm Maqamayevin ifasında “Azərbaycan” mahnısı sədaları altında tədbir sona çatdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi