Müəllimlər günü

5 Oktyabr hər il Respublikamızda Müəllimlər günü kimi qeyd olunur. Bizim M.Mehdiyev adına 280№-li tam orta məktəbdə də bu peşə bayramı təntənə ilə qeyd edildi. Müəllimlər Respublikamızda keçirilən təhsil islahatlarının daşıyıcılarıdır. Təhsildəki hər bir yenilik müəllimlərin əməlləri ilə çiçəklənir və həyata keçirilir. Təlim prosesinin səmərəliyini təmin etməkdə müəllimlər milli və ümumibəşəri dəyərlərə yiyələnən, yaradıcı və tənqidi düşünməyi bacaran şəxsiyyət yetişdirirlər. Buna görə də məktəbin musiqi müəllimi Abdullayeva Vəfa və Azərbaycan dili müəllimi Cəfərova Şükeyna hazırladığı tədbirdə qabaqcıl müəllimlər fəxri fərmanla mükafatlandırılmışdı.Tədbirin sonunda məktəbin direktoru Rövşən Qasımov bütün müəllimləri bu peşə bayramı münasibəti ilə təbrik etdi, onlara işlərində yeni-yeni nəaliyyətlər arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi