Məktəbimizdə iməclik

03 oktyabr 2015-ci il tarixdə M.Mehdiyev adına 280№-li tam orta məktəbdə iməclik keçirildi.Həmin iməclikdə məktəbin bütün müəllim və şagird kollektivi iştirak etdi. Həmin gün bütün sinif otaqları, məktəbin pəncərələri təmizləndi.Məktəbin həyətindəki ağacların dibi yumşaldıldı, yeni ağac və gül kolları əkildi. Qurumuş ağac budaqları və kollar kəsilib atıldı.Məktəbin ərazisi lazımsız tullantılardan təmizləndi. Hamı həmin gün böyük ruh yüksəkliyi ilə iməclikdə iştirak etdi.Məktəbin direktoru Rövşən Qasımov bildirdi ki, gələcəkdə bele iməcliklər tez-tez keçiriləcək.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi