Məktəbimizdə kimya dərsində “Duzların hidrolozi”mövzusunda açıq dərs keçirildi

19 may 2017-ci il tarixdə məktəbimizdə “Duzların hidrolozi”mövzusunda açıq dərs keçirildi.Kimya müəllimi Qarayeva Darçının 8”D” sinifində təşkil etdiyi açıq dərs “28 May Respublika Günü”nə həsr olunmuşdur.Şagirdləri yeni dərsin mahiyyətini daha yaxşı dərk etməyə hazırlamaq üçün qısa müddətli frontal sorğu aparılır,yaradıcı suallar verilir.Dərsin sonunda şagirdlər müəllim tərəfindən verilən bəzi sualları cavablandırmaqla bilik və bacarıqlarını ümumiləşdirdilər.Sonda 28 May Respublika Günü münasibətilə Odlar Yurdu Azərbaycanın simvolu olan süni vulkan nümayiş etdirildi. Ətraflı məlumatlarla zəngin bu dərsi kimya müəllimləri ,biologiya fənni üzrə metodbirləşmə rəhbəri, məktəbin direkor və direktor müavinləri dinlədi.Dərs qənaətbəxş hesab olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi