Məktəbimizdə Heydər Əliyevin 94-cü ildönümü münasibəti ilə tədbir keçirildi

8 may 2017-ci il tarixdə məktəbimizdə Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə təntənəli tədbir keçirildi.Dövlət himnini səsləndirdikdən sonra məktəbin direktoru Rövşən Qasımov və İcra hakimiyyətinin nümayəndəsi Şuşanın necə işğal olunması barədə danışdı.Şuşanın qəhrəman şəhidləri bir dəqiqəlik sükutla yad edldi. Sonra məktəbin direktoru H.Əliyevin 94-cü ildönümü münasibəti ilə təşkil olunmuş tədbiri açıq elan etdi.Tədbiri məktəbin Azərbaycan dili müəllimləri Cəfərova Şükeyna Hüseyn qızı və Şəfiyeva Şamama Xanlar qızı təşkil etmişdilər.Tədbir Heydər Əliyevin canlı çıxışının video çəklişi ilə başladı. Sonra Heydər Əliyevin anadan olandan ta dünyasını dəyişənədək həyat və fəaliyyəti ardıcıl olaraq aparıcılar tərəfindən söylənildi. Tədbirdə Heydər Əliyevin Azərbaycan xalqına əvəzedilməz xidmətləri sadalandı.Şagirdlər tərəfindən H.Əliyevin hakimiyyətə gələrkən “Qurani Kərimə”əl basıb and içərək bayrağı öpməsi səhnəsi və Naxçıvanda xalq arasında olarkən çayçıdakı söhbətləri səhnələşdirilmiş şəkildə tamaşaçılara çatdırıldı.Tədbirdə vətənə,yurda və H.Əliyevə aid mahnılar səsləndirildi. Saz havası ilə şagirdlər Azərbaycanı vəsf etdi. Şagirdlərin ifasında milli rəqslər göstərildi. Tədbir Həmrəylik himni ilə başa vuruldu.Tədbirdə İcra Hakimiyyətinin şöbə müdiri Bərxudar Bərxudarov,şöbə müdirinin müavini Rəşid Abbasov, bir qrup məktəb direktorları və Sərhəd Qoşunları hərbi hissənin komandir heyyəti çıxış edirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi