Məktəbimizdə "Ana dilim şirindir" mövzusunda tədbir keçirildi

10 aprel 2017-ci il tarixdə 3"E" sinif şagirdlərinin iştirakı ilə “Ana dilim şirindir” adlı tədbir keçirildi. Tədbiri ibtidai sinif müəllimi Rzayeva Hökümə hazırlamışdı.Tədbirdə şagirdlərin ifasında X.R.Ulutürkün “Layla”,M.Ə.Sabirin “Oxutmuram əl çəkin”,B.Vahabzadənin “Ana dili “, Tofiq Bayramın “Ana dilim” və s. şeirləri səsləndi.Şagirdlərin ifasında “Ana dilim” şirindir, “Yaşa Azərbaycan “mahnısı səsləndi. Tədbirdə həçinin Ümummili Liderimiz H.Əliyevin kəlamları və dilimiz haqqında vidio-çarx izlənildi.Tədbirin sonunda məktəbimizin direktoru R.Qasımov çıxış edərkən, ana dilimizin müqəddəsliyindən və dilin toxunulmazlığından ürək dolusu danışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi