280 №-li tam orta məktəbdə" son zəng "çalındı

Bu gün bütün məktəblərdə 11-ci siniflər üçün son zəng çalındı.Bu son zəng onbirinciləri həm sevindirir,həm də kədərləndirirdi.Onlar 11 il sakini olduqları doğma ana məktəblərindən ayrlıb müstəqil həyata addımlayırdılar.Məktəb həyatında hər şey bərabər idi.Sevinclər də,kədərlər də birgə paylaşılırdı. Hüquqlar bərabər idi.Aşılmayan zirvələr,həll oluna bilməyəcək problem yox idi.Uşaqlar sadə idi,saf və təmiz idi. Yazdıqlarını bir silgi ilə pozmağı çox asanca bacarırdılar. Amma bundan sonra nə olacaq...... Son zəng çalınsa da həyat davam edir...... Bu bün Bakı şəhəri M.Mehdiyev adına 280№-li tam orta məktəbdə də 2014/2015 ci tədris ilində məktəbi bitirən 11-ci siniflər üçün son zəng tədbiri təşkil olundu .İlk olaraq tədbir Azərbaycan Respublikasının himni ilə açıldı.Daha sonra hər sinif öz ürək sözlərini,son zəng üçün hazırladıqları musiqiləri ifa etdilər.Onlar söz verdilər ki,doğma məktəblərini və onların hər bir cəfasınını çəkən müəllimlərini heç bir zaman unutmayacaqlar.Ali təhsil alacaq və dövlətimizi xarici ölkələrdə yüksək səviyyədə təmsil edəcəklər.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin məhsul nümayyəndəsi Rəşid Məmmədov,məktəbin direktoru Nizaməddin Ağcayev,direktor müavinləri,təşkilatçılar və müəllimlər iştirak edirdilər.Onlar şagirdlərdləri son zəng münasibəti ilə təbrik etdilər və onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi