Elimlərin açarı - əlifba

Əlifba hər .şeyin başlanğıcı- bütün elmlərə aparan yolların açarı.Əlifba- Böyük sevinclə, bəslədiyi ümidlərlə, qurduğu xəyallarla, ürəyində baş qaldıran arzularla övladının əlindən tutub məktəblərdə ilk zəngi səbirsizliklə gözləyən valideynlər, indi həmin körpə balaların əziz bayramına yığışıblar.Böyük həyəcanla övladının özünü necə aparacağını, necə çıxış edəcəyini gözləyirlər. Budur, birincilər, hərflərlə, rəqəmlərlə, dərsliklərlə "silahlanmış" şəkildə əllərində dövlətimizin üçrəngli bayrağı, döşlərində "Əlifba" yazılmış lentlərlə, inamlı addımlarla bayram iştirakçılarının qarşısına çıxırlar. Dövlət Himninin oxunuşundan sonra açılış başlanır.Valideyinlər həyəcanla uşaqlarının çıxışlarını gözləyir.Müəllimlər əlifbanı mənimsəyən uşaqların çıxışlarını qiymətləndirmək üçün yığışıblar.sinif müəlliminin gözlərində həm sevinc,həm təlaş düyulur.Sevinir ona görə ki,əməyinin bəhrəsini görəcək və hər kəsə əməyinin bəhrəsini nümayiş etdirəcək.Daha sonra şagirdlər "Birincilərik biz"musiqisini ifa etdilər..Daha sonra üxtəlif səhnəciklər,şerlər səsləndirdilər gələcəyimiz olan şagirdlər.Bu bir ildə mənimsədiklərini 1 saata yerləşdirməyə çalışdılar birincilərimiz. Tədbirin sonunda məktəbin direktoru şagirdləri bir daha təbrik etdi,yüksək nəaliyyətlər əldə etməyi arzuladı.Son olaraq fərqlənən şagirdləri nümunəvi davranışına və dərs ilini müvəffəqiyyətlə başa vurduğuna görə fəxri fərmanlarla təltif etdi.Birincilər direktor ilə xatirə şəkli çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi