“Könlüm keçir Qarabağdan”adlı bilik yarışı

20 may tarixində Bakı şəhəri M.Mehdiyev adına 280№-li tam orta məktəbdə 8-ci siniflər arasında “Könlüm keçir Qarabağdan”adlı yarış keçirildi. Yarışın təşkilatçısı məktəbin tarix müəllimi Cəbrayılova Nuriyyə idi və onun əsas məqsədi şagirdlərə Qarabağ tarixini dərindən öyrətmək idi.Belə ki,Qarabağ tarixi bir fənn kimi bu ildən orta məktəblərdə tədris olunur.Dilbər guşəmiz olan Dağlıq Qarabağın tarixini öyrətmək və şagirdlərdə vətənpərvərlik ruhunu aşılamaq müəllimlərimizin müqəddəs borcudur. Yarışda münsiflər heyyəti məktəbin təlim-tərbiyyə işləri üzrə direktor müavini Ağcayeva Rahilə,tarix müəllimi Məmmədova Aytən , Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Şükeyna ibarət Yarışda şagirdlər komanda şəklində təşkil olunmuşdu və hər komanda Qarabağda yerləşən rayonlardan birinin tarixindən ibarət suallara cavab verməli idi. Tədbirin sonunda yarışda yer tutan komandalar fəxri fərmanlarla təltif olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi