Məktəbimizdə Novruz şənliyi

11 mart 2017-ci il tarixdə məktəbimizin direktoru Rövşən Qasımovun təşkilatçılığı və təşəbbüsü ilə məktəbin həyətində xeyriyyə məqsədi və Novruz bayramı münasibəti ilə “Novruz yarmarkası”təşkil edildi. Həmin yarmarkada bütün sinif şagirdləri öz əl işlərini və bişirdikləri bayram şirniyyatlarını nümayiş etdirib gələn qonaqlara satdılar. Yarmarkada iştirak edənlər məktəbimizin valideyn kollektivi və müəllim heyyəti idi. Məktəbin azərbaycan dili müəllimi Cəfərova Şükeyna Hüseyn qızının hazırladığı ssenari əsasında Mövsümova Nübar və Həsənova Gülbənizin təşkilatçılığı ilə məktəbin həyətində geniş bayram konserti təşkil edilmişdir.Tədbirin və yarmarkanın hazırlanmasında texnologiya müəllimi Sevda Ələkbərova xüsusi fəallıq göstərmişdir.Tədbirdə müxtəlif milli rəqslər şagirdlərimiz tərəfindən nümayiş etdirildi. İl ərzində fərqlənən şagirdlər və fənn müəllimləri fəxri fərmanla təltif edildi. Yarmarkadan əldə edilən məbləğin hamısı bir qrup müəllim və məktəb direktorunun iştirakı ilə əqli şuru zəif olan və fiziki qüsuru olan uşaq evinə köməklik məqsədi ilə aparıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi