Məktəbimizdə İməclik

Təmizlik imandan gəlir deyib atalarımız.Azərbaycan xalqı mayın 9-da faşizm üzərində Qələbənin 70 illiyini və mayın 10-da müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünü təntənəli qeyd edir.Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Bakı şəhəri 280№-li tam orta məktəbdə mayın 9-da növbəti iməcilik keçirilib.İməcilikdə məktəb rəhbərliyi yaxından iştirak ediblər.Tədbirin iştirakçıları ərazini tullantılardan təmizləyib, mövcud yaşıllığa aqrotexniki qulluq göstərib və burada 30-dan artıq müxtəlif növ ağac və kollar əkiblər.Məktəbin direktoru Nizaməddin Ağcayev öz ntqində bildirib ki, məktəb tərəfindən ənənəvi olaraq keçirilən bu iməcilik ölkəmizdə geniş vüsət almış yaşıllaşdırma kampaniyasına verilən dəstəkdir.Məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini R.Ağcayeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ətraf mühitin mühafizəsinə, ekoloji durumun yaxşılaşdırılmasına, xüsusilə yaşıllaşdırmaya mühüm önəm verdiyini vurğulayıb.Tədbirin sonunda məktəbin rəhbərliyi iməclik iştirakçılarına öz təşəkkürünü bildirdi və xatirə şəkli çəkdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi