"Xocalı Soyqırımı"yaddaşımızda əbədi olarq qalacaq

23 fevral 2017-ci il tarixdə Suraxanı rayonundakı şəhid M.Mehdiyev adına 280№-li tam orta məktəbdə məktəbin tarix müəllimi Nəbiyeva Səidənin təşkilatçılığı əsasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.Tədbirin əvvəlində üçrəngli bayrağımız hərbi paltar geyinmiş şagirdlərin müşayiəti ilə səhnəyə çıxarıldı.Sonra bir dəqiqəlik sükutla Xocalıda şəhid olanların xatirəsi yad edildi. Xocalıların 25 il öncə Rusiyanın 366-cı atıcı alayının və erməni faşistlərinin tərəfindən fevral ayının 25-dən 26-na keçən gecə başlarına açılan müsibətlərin video lentləri göstərildi. Çingiz Mustafayevin çəkdiyi kadrlar və Vaqif Mustafayevin “Xoca “filmindən fraqmentlər göstərildi. Şagirdlər Xocalı müsibətlərinə aid şeirlər söylədilər. Şagirdlərin ifasında “Yaralı əsgər”,”Uşağının ağzını tıxaraq erməni əlinə keçməsin deyə boğan ana”,”Namusunu qorumaq üçün özlərini qayadan atan qız” obrazları səhnəciklər vasitəsi ilə göstərildi.Tədbirdə şagirdlərin düşmənə qarşı nifrəti, intiqamı, qisasa hazır olmaları,vətən uğrunda hər cür fədakarlığa hazır olmaları qabarıq şəkildə hiss olunurdu. Sonda şagirdlər milli bayrağın müşayiəti ilə “Marş irəli”mahnısını oxuyaraq sanki inamla döyüşə,qisasa,intiqama yollanırmış kimi səhnəni tərk etdilər. Sonra söz məktəbimizin direktoru R.Qasımova verildi. R.Qasımov 25 il öncə baş vəhşiliklərdən danışaraq bildirdi ki, 2016-cı il aprel döyüşləri bir daha onu sübut etdi ki, bizim güclü ordumuz var və hər zaman düşməni məhv etmək iqtidarındadır.Ali Baş Komandanın rəhbərliyi altında ordumuza güvənərək tezliklə torpaqlarımızı düşməndən azad edib, Üçrəngli bayrağımızı Xocalıda,Şuşada,Ağdamda və işğal olunmuş hər bir bölgədə asacayıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi