Məktəbimizdə "Ekologiya və Sağlamlıq”mövzusunda tədbir keçirildi

27 fevral 2017-ci il tarixdə məktəbimizdə “Ekologiya və Sağlamlıq”mövzusunda tədbir keçirildi.Tədbirdə şagirdlər fəal və çox həvəslə iştirak etdilər.Uşaqlar ekologiya mövzusu ətrafında maraqlı çıxışlar etdilər.Onlar indiki dövrün ekologiyası, yaşıllıqların azalması,kimyəvi sintezlərin artdığı bir dövrdə onların ekologiyaya təsiri,ozon qatının nazikləşməsi,qlobal istiləşmə, havada karbon qazının artması səbəbindən istixana effektinin yaranmasından danışdılar.Ekologiyanın pisləşməsi, onun fəsadları və qarşısının alınması tədbirlərini dedilər,gözəl təbiətimiz haqqında şeirlər söylədilər.Təmizliyin əhəmiyyəti haqqında səhnəcik təqdim etdilər. Tədbirin sonunda məktəbimizin direktoru çıxış etdi və öz tövsiyələrini verdi, ana təbiətin bəşəriyyət üçün çox əhəmiyyətli olduğunu vurğuladı.Eyni zamanda bildirdi ki, təbiəti hər zaman qorumaq və təmiz saxlamaq hər birimizin əzəli borcumuzdur.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi