Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini futbol yarışı

İdman sağlamlıqdır. “Sağlam bədəndə sağlam ruh olar” demişlər.Mayın 10-da müstəqil Azərbaycanın qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təntənəli qeyd edilir. Bu əlamətdar günlər ölkəmizin bütün bölgələrində hər bir fəaliyyət sahəsini təmsil edən vətəndaşların iştirakı ilə bayram tədbirləri keçirilir. Bakı şəhəri M.Mehdiyev adına 280№-li tam orta məktəbdə də Ümummili liderin anadan olmasının 92-ci il dönümü ilə əlaqədar məktəbdaxili mini futbol yarışı keçirildi.Yarış 6,7,8-ci siniflər və eyni zamanda 9,10,11 –siniflər arasında oldu. Məktəbin rəhbərliyi yarışda 1,2,3 yerlər tutmuş komandaları diplomlarla mükafatlandırdı.Orada idman müəllimi Bağırov Vidadi uşaqlara öz təşəkkürünü bildirdi,məğlub komandalara məyus olmamağa,yoldaşının qələbəsindən sevinməyi tövsiyə etdi.Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini ağcayeva Rahilə öz əli ilə komandalara fəxri fərman payladı və onlara bu uğurla kifayətlənməməyi daha da yüksək nəaliyyətlər əldə etmək üçün idmanla müntəzəm məşğul olmağı tapşırdı. Tdbirin sonunda şagirdlər birlikdə “Azərbaycan, Odlar yurdum mənim” mahnısını xorla ifa etdilər. .
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi