Mülki müdafiə üzrə açıq dərslər keçirildi

2024-cü il üçün 280 nömrəli tam orta məktəbin "Mülki müdafiə üzrə Tədbirlər Planı"na uyğun olaraq 8 may tarixində məktəbimizdə "MM günü"nün keçirilməsi nəzərdə tutulmuşdur. Məktəbin illik Fəaliyyət planının 1.3.18-ci bəndinə uyğun olaraq şagirdlərdə fövqəladə hallar zamanı özlərini müdafiə etmək bacarığının formalaşdırılması məqsədilə mayın 8-də 2, 5 və 6-ci siniflərdə sinif rəhbərləri tərəfindən mülki müdafiə mövzusunda açıq dərslər keçirildi. Dərslərdə şagirdlərə fövqəladə hal anlayışı, mülki müdafiə, texnogen qəzalar, fərdi mühafizə vasitələri, yanğın, yanğın təhlükəsizliyi, partlayış, zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı, dəm qazından zəhərlənmənin profilaktikası və "112" zəng xidmətindən istifadə mövzularında ətraflı məlumatlar verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi