Bakı Elm Olimpiadasının final mərhələsində iştirak edəcək şagirdlərlə görüş keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən III Bakı Elm Olimpiadasının I mərhələsinin nəticələrinə əsasən məktəbimizin komandası final mərhələsinə keçmişdir. Aprelin 8-də finalda iştirak edəcək şagirdlər və onların fənn müəllimləri ilə məktəb rəhbərliyi görüş keçirdi. Görüşdə növbəti mərhələ üçün hazırlıq işləri müzakirə olunduqdan sonra şagirdlər Təşəkkürnamə ilə təltif olundular.

Qeyd edək ki, olimpiadanın I mərhələsində ən yüksək nəticə göstərən 24 komanda-287 nömrəli Zəkalar liseyi, Məktəb-Lisey Kompleksi, 2 nömrəli Texniki Humanitar Liseyi, Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksi, 291 nömrəli Ekologiya liseyi, 220 və 264 nömrəli məktəb-liseylər və 272, 233, 129, 80, 280, 27, 53, 267, 194, 254, 24, 180, 42, 202, 322, 191, 169 nömrəli tam orta məktəblərin komandaları olimpiadanın II (final) mərhələsində iştirak üçün vəsiqə qazanıblar.

Olimpiadanın iki hissədən ibarət final mərhələsinin ilk günündə komandalar nəzəri (teorik) sualları cavablandıracaq. İkinci günündə isə hər komanda 3 təcrübə işini (fizika, kimya və biologiya) yerinə yetirəcəklər. Təcrübə işlərinin yerinə yetirilməsi üçün komandalara 4 saat vaxt veriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi