Təlimə Dəstək Mərkəzinin nümayəndəsi müllimlərimiz ilə görüş keçirdi

Təlimə Dəstək Mərkəzinin Tədrisin idarə olunması bölməsinin monitorinq və qiymətləndirmə üzrə metodisti Şəymən Əliyeva məktəbdə idarəetmə heyəti, fənn metodbirləşmə rəhbərləri və gənc müəllimlərlə dəstək görüşü keçirmişdir. Görüşün əsas məqsədi müasir təlim strategiyalarının tədris prosesində tətbiqinə dair fəaliyyətlərin inkişafına töhfə verməkdən ibarətdir. Məktəbdə fənn metodbirləşmə rəhbərlərinin, gənc müəllimlərin və məktəb rəhbərliyinin iştirakı ilə bir neçə dərs müşahidə edilmiş və dərsdinləmələrin nəticələri təhlil edilərək müəllimlərə tövsiyələr verilmişdir. Görüş zamanı müasir dərsin planlaşdırılması, qiymətləndirilməsi və səmərəli dərsin təşkilinə dair tələblərlə bağlı müəllimlərin sualları cavablandırılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi