"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş nümunəvi dərs
Azərbaycan Respublikasında 2024- cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı məktəbin Tədbirlər Planına uyğun olaraq müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı, şagirdlərin ekoloji maarifləndirilməsi, ətraf mühitin və ekologiyanın mühafizəsi, təbii sərvətlərin qorunması və onlardan səmərəli istifadə edilməsi məqsədilə silsilə tədbirlər həyata keçirilir.
Layihə çərçivəsində 01.04.2024- cü il tarixdə məktəbin biologiya müəllimi İmamə Rzayeva 9"C" sinif şagirdləri ilə birlikdə açıq havada "Orqanizmlərin yaşama mühiti və müxtəlifliyi" mövzusunda nümunəvi dərs keçirdi.