Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlər təltif edildilər

Martın 28-də müvafiq fənlər üzrə yarımfinal turunda iştirak etmək hüququ qazanan şagirdlərlə görüş keçirildi. Onlara növbəti mərhələyə hazırlıqla bağlı tövsiyələr verildi və şəhər mərhələsində uğurla iştirak etdikləri üçün təltif edildilər.

V sinif şagirdlərinin iştirak etdiyi Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası üzrə 12 şagirdimiz yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

VI və VII sinif şagirdlərinin iştirak etdiyi Məktəblilərarası fənn müsabiqələrində 6 müxtəlif fənn üzrə 17 şagirdimiz yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turu 5 may 2024-cü il tarixində keçiriləcək.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi