TDM-nin direktor müavini Zaur Balaqadaşov Beynəlxalq STEAM Azərbaycan Festivalının final mərhələsində iştirak edəcək şagirdlərlə görüşdü

Məktəbimizin 9 komandası Beynəlxalq STEAM Azərbaycan Festivalı 2023 -də iştirak edəcəkdir. STEAM müəllimi Esmira Hüseynovanın rəhbərliyi ilə Robokids kateqoriyası üzrə "Wolves" komandası, FIRST LEGO League Explore (Off-Season) kateqotiyası üzrə "Surxanı 280" komandası, VidX kateqoriyası üzrə "Elvin Əlimov" və "Xarıbülbül" komandaları, FIRST LEGO League Challenge (Off-Season) kateqoriyası üzrə "Karabagh eagle", Ambulance", "Soldiers of Karabagh", "Şəhid Qasim" və "Baku Storm" komandaları final mərhələsində iştitak edəcəklər.

Noyabrın 24-də TDM-in direktor müavini Zaur Balaqadaşov məktəbimizin STEAM Azərbaycan Festivalında iştirak edəcək şagirdləri ilə görüşmüş və onların təqdim edəcəyi layihələrlə tanış olmuşdur. Şagirdlər layihələri haqqında geniş məlumat vermişlər. Zaur Balaqadaşov görüş zamanı şagirdlərin gələcək planları ilə də maraqlanmış və gələcək fəaliyyətlərində uğurlar diləmişdir.

Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalında iştirak üçün ümumilikdə 4795 nəfər qeydiyyatdan keçib. Onlardan 4459 nəfəri yerli, 336 nəfəri isə xarici iştirakçıdır. Bakı şəhəri üzrə 250-yə yaxın məktəbli 116 layihə ilə festivala qatılacaq.

Onu da qeyd edək ki, SAF 2023-ün əsas məqsədi STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması və şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi