May bayramlar ayıdır

Təsadüfi deyil ki, ulu öndərimiz , həmişə yaşar prezidentimiz Heydər Əlirza oğlu Əliyevdə may ayında dünyaya göz açmışdır.Xalqımız hər il ona azadlıq və müstəqilliyin əldə edilməsində , milli özünü qayıdışında əvəzsiz xidməti olan Heydər Əliyevin doğum gününü böyük təntənə ilə qeyd edir, müxtəlif tədbirlər keçirir.Bizim işlədiyimiz Bakı şəhəri M.Mehdiyev adına 280№-li məktəbdə də rəhbərin adı ilə bağlı müxtəlif tədbirlər,inşa və essey müsabiqələri,bədii qiraət gecələri H.Əliyev dərsləri böyük həvəslə keçirili. Belə ki 4 may 2015-ci ildə məktəbimizdə gül bayramı keçirildi.Ayrı-ayrı siniflərdəki qiymətli əl işləri seçildi.5 may 2015-ci il tarixdə Suraxanı rayonu İcra hakimiyyəti qarşısında gül bayramı sərgisində 280 №-li məktəb də iştirak etdi.Məktəb şagirdlərinin H.Əliyev haqqında çıxışları,ürək sözləri,söylədiyi şerlər hamının xoşuna gəldi.Sərgiyə baxış zamanı texnologiya müəllimi Sevda Ələkbərovanın şagirdləri tərəfindən hazırlanmış, əl ilə toxunmuş gül buketi yer tutdu. Ulduz Məmmədovanın hazırladığı “ Məktəbli oğlan və qız “ tablosu sərgiyə gələnlərin maraqına səbəb oldu.Bununla yanaşı, rayonun sənaye müəssisələri, həmçinin digər idarə və təşkilatlar da ənənəvi Gül bayramının baxımlı, cazibədar olması üçün öz kompozisiyalarını təqdim etmişdilər.“Gül bayramı” Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunduğu üçün nümayiş etdirilən hər bir buketdə, gül çələngində, əl işlərinin mövzu və kompozisiyasında sevimli rəhbərə məhəbbət, onun ruhuna ehtiram və səmimiyyət hissləri qabarıq gözə çarpırdı. Hər bir çalarda, hər bir rəng koloritində, hər ilmədə, hər naxışda bir istək, bir arzu, bir məna formalaşmışdı – Ulu Öndərə sonsuz qayğı və ehtiram. Tamaşaçı seyr edir, onu maraqlandıran mövzularda suallar verirdi, qiymətləndirmək işi isə münsiflər heyətinin üzərinə düşürdü. Bütövlükdə burada nümayiş etdirilən əl işlərinin hamısı bir-birindən gözəl və cazibədar idi. Təbii güllərdən, müxtəlif bəzək elementlərindən istifadə etməklə hazırlanmış gül paltarlı balaca fidanlar bayram şənliyinə xüsusi yaraşıq verirdi.Eyni zamanda bildirmək istəyirik ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 92 illiyi ərəfəsində Suraxanı rayonu ərazisində iməciliklər keçirilmiş, çoxlu sayda ağac əkilmiş, yeni abad məhəllələr yaradılmış küçə və meydanlarda, parklarda abadlıq, səliqə-səhman işləri görülmüşdür.Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 illiyi münasibəti ilə rayonda silsilə tədbirlər davam edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi