Məktəbimizdə Pedoqoji Şuranın İclasının keçirilməsi

30.01.2017-ci il tarixdə məktəbimizdə pedoqoji şuranın iclası keçirilmişdir. Pedoqoji şurada yarımillik hesabat təlim-tərbiyə işləri üzrə direktor müavini və metodbirləşmə rəhbərləri tərəfindən dinlənilmişdir.II yarımildə nəzərdə tutulan məsələlər müzakirə olunmuşdur.Məktəbin direktoru R.Qasımov 3 saat 20 dəqiqə davam edən pedoqoji şurada bir çox məsələlərə aydınlıq gətirmişdir. Xüsusilə I yarımildə 6-7-8-9-cu siniflərdə Ana dili və Riyaziyyat fənnindən eyni zamanda 9 və 10-cu adi siniflərdə 7(yeddi) fəndən, pilot siniflərdə 5(beş) fəndən aparılan sınaq qiymətləndirmənin əhəmiyyətindən söz açmışdır.II yarımildə də müxtəlif siniflərdə sınaq qiymətləndirmənin keçirilməsi məqsədəuyğun hesab edilmişdir. İbtidai siniflərdə oxu texnikası , imla,ifadə və esse tapşırıqlarının tez-tez yerinə yetirilməsi tövsiyə olunmuşdur. Eyni zamanda pedoqoji şurada gündəlikdə duran bir çox məsələlərin həlli öz əksini tapmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi